Maliyyə və mühasibatlıq sahəsində çalışanlar üçün seminar keçiriləcək

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin təşkilatçılığı ilə maliyyə və mühasibatlıq sahəsində çalışanlar üçün “Əmək qanunvericiliyi: Mürəkkəb məqamlara sadə izah” mövzusunda seminar keçiriləcək.

Avqustun 17-də Maliyyə Nazirliyində əyani formada təlimçi-ekspert Arif Ataxanlı tərəfindən keçiriləcək seminarda muxtar respublikanın bütün müəssisə və təşkilatlarında çalışan maliyyə-mühasibat işçiləri və bu sahəyə marağı olan şəxslər iştirak edə bilərlər.

Seminarda iştirak etmək istəyən şəxslər (036) 550-33-33 nömrəsi ilə əlaqə saxlaya və ya “nmaliyye.gov.az” saytında “elanlar” bölməsində paylaşılan link vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: