Azərbaycan məhsulları Berlində nümayiş olunur.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildiriblər ki, Almaniyanın paytaxtı Berlində ənənəvi "Beynəlxalq Yaşıl Həftə" sərgisi keçirilir. Sərgidə nazirliyin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə 14 şirkət şərab və digər spirtli içkilər, müalicəvi bitki çayları, qənnadı məhsulları, qurudulmuş meyvələr və sair məhsullarını "Made in Azerbaijan" vahid ölkə stendi ilə təqdim edir. Xüsusi zövq və dizaynla hazırlanmış "Made in Azerbaijan" stendi sərgiyə gələnlər tərəfindən maraqla qarşılanır.
Sərgi yanvarın 27-dək davam edəcək.