Bu ilin yanvar-iyul ayları ərzində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti sahibkarlıq subyektlərinin müraciəti əsasında ixrac olunan malların mənşə ölkəsini təsdiq edən 208 sertifikat verib.
Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26,1 faiz çoxdur.
Cari ilin 7 ayı ərzində verilmiş mənşə sertifikatlarının 146-sı CT-1 formalı, 62-si “Ümumi” formalı olub.