COP29-da iştirak edəcək nümayəndə heyətləri üçün tarif portalı istifadəyə verilib

A- A A+

Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirakını təsdiqləyən nümayəndə heyətləri üçün tarif portalını istifadəyə verib.

NUHÇIXAN xəbər verir ki, bu barədə COP29-un “X” sosial şəbəkəsində hesabında paylaşım edilib.

“Portal COP29 zamanı nümayəndə heyətlərinə göstəriləcək xidmətlərin logistikasını və planlaşdırılmasını optimallaşdırmaq üçün yaradılıb. Bu portal, tədbir üçün zəruri olan mebel, audiovizual avadanlığın və birbaşa yayım xidmətlərinin icarəsi variantlarını müqayisə etməyə, həmçinin logistika əməliyyatları daha rahat və mütəşəkkil şəkildə həyata keçirməyə kömək edəcək”, - paylaşımda qeyd edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: