Naxçıvanda maliyyə və mühasibatlıq sahəsində çalışanlar üçün seminar keçirilib - FOTOLAR

A- A A+

 

NUHÇIXAN xəbər verir ki, avqustun 17-də Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin təşkilatçılığı ilə maliyyə və mühasibatlıq sahəsində çalışanlar üçün “Əmək qanunvericiliyi: Mürəkkəb məqamlara sadə izah” mövzusunda seminar keçirilib.   Əvvəlcə maliyyə nazirinin müavini Elvin Əlimərdanov çıxış edərək seminarın əhəmiyyətindən danışıb. Bildirib ki, seminarı təşkil etməkdə məqsəd əmək qanunvericiliyi, onun tələbləri barədə biliklərin artırılmasından, praktiki nümunələr göstərilərək mürəkkəb məqamlara sadə izahlar verməklə qanunvericiliyin tətbiqini asanlaşdırmaqdan ibarətdir. Nazir müavini təşkil olunan təlimlərin, seminarların və sınaq imtahanlarının ənənəvi hal alacağını, bu istiqamətdə görülən işlərin davamlı olacağını qeyd edib.   Maliyyə Nazirliyinin müvafiq struktur bölmələr üzrə əməkdaşları, həmçinin muxtar respublikanın bütün müəssisə və təşkilatlarında çalışan maliyyə-mühasibatlıq sahəsi üzrə işçilər və bu sahəyə marağı olan, onlayn qeydiyyatdan keçmiş şəxslərin iştirakı ilə keçirilən seminarda Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin qanunvericilik üzrə eksperti Arif Ataxanlı ilk olaraq əmək qanunvericiliyinə dair təqdimatlar göstərərək əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktlar, əmək münasibətləri barədə, eyni zamanda məcəllənin tətbiq olunduğu sahələr barədə ətraflı məlumatlar verib.   Daha sonra seminar sual-cavab formatında davam edərək əmək qanunverciliyinin tətbiqi zamanı iştirakçıların qarşılaşdığı ən çətin məqamlara dair sualları cavablandırılıb, mövzular ərtafında geniş müzakirələr aparılıb.  

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: