Türkiyəni Zəngəzur dəhlizinə bağlayacaq layihə hazırlanır.
NUHÇIXAN xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Ankara-Kayseri sürət qatarı ilə bağlı jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Kars-Iğdır-Dilucu sürət qatarı vasitəsilə Zəngəzur dəhlizi ilə əlaqə təmin olunacaq: "Hazırda bu istiqamətdə işlər gedir".