Azərbaycan ilə Türkiyə arasında yerinə yetirilən reyslərin sayı 3 dəfə arta bilər

A- A A+

Azərbaycan ilə Türkiyə arasında yerinə yetirilən reyslərin sayı 3 dəfə arta bilər.

 NUHÇIXAN xəbər verir ki, Türkiyədə keçirilən Aviasiya üzrə Beynəlxalq Konfransda iki ölkənin nümayəndə heyətləri bu məsələ ilə bağlı təkliflər mübadiləsi apararaq Protokol layihəsini tərtib ediblər. Hazırda hava əlaqəsinin liberallaşdırılması şərtləri hər iki tərəfin aviasiya qurumları tərəfindən öyrənilir.

Son qərarın verilməsi və Protokolun imzalanması Azərbaycan Respublikası ilə Türkiyə Respublikasının mülki aviasiya orqanları arasında milli aviaşirkətlərin iştirakı ilə ikitərəfli məsləhətləşmələrin keçirilməsindən sonra ən yaxın zamanda baş tuta bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: