Bu ilin yeddi ayında 114 min pensiya, müavinət və təqaüd təyinatı elektron sistemlər üzərindən proaktiv qaydada həyata keçirilib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Qeyd olunub ki, onlardan 25 mini pensiya, 89 mini müavinət və təqaüd təyinatları olub.
Məlumat üçün bildirək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2019-cu ilin əvvəlindən başlayaraq sosial təminat növləri üzrə ödənişlərin təyinatını elektronlaşdırılıb. Vətəndaşların sosial təminat növlərinə hüquqları yarandığı halda müraciət olunmadan və sənəd təqdim edilmədən müvafiq sosial ödənişlərin təyinatı e-sistem üzərindən avtomatik şəkildə həyata keçirilir.