Ötən il ərzində 1 milyon dollardan çox kriptovalyutaya sahib olan şəxslərin sayı demək olar ki, iki dəfə artıb (95 faiz). Cari ilin iyun ayının sonuna olan məlumata görə, kripto-milyonçuların sayı 172,3 min nəfər təşkil edib.
NUHÇIXAN xəbər verir ki, bu barədə “Henley&Partners” konsaltinq şirkətinin “Crypto Wealth Report” araşdırmasında deyilir.
O cümlədən, 85 min nəfər bitkoin milyonçusu olub ki, bu da bir il əvvəlkindən 111 faiz çoxdur.
Son bir il ərzində dünyada 6 yeni kripto-milyarder peyda olub və hazırda onların sayı 28-ə çatıb. Kriptovalyuta portfeli 100 milyon dolları keçən insanların sayı 79 faiz artaraq 325 nəfərə çatıb.