2023-cü ildə Qarabağ iqtisadi rayonuna 2 milyard 254,4 milyon manat investisiya qoyulub.
NUHÇIXAN Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 19,5 % çoxdur.
Məlumata görə, bunun 33,1 %-i və ya 747,332 milyon manatı Füzuli rayonuna (illik müqayisədə 35,8 % çox), 27,8 %-i və ya 626,67 milyon manatı Şuşa rayonuna (11,4 % az), 26,2 %-i və ya 589,564 milyon manatı Ağdam rayonuna (85,6 % çox) yönəldilib.
Hesabat dövründə Qarabağ iqtisadi rayonuna daxil olan Ağcabədi rayonuna sərmayə qoyuluşu 84,3 % artaraq 76,613 milyon manata, Bərdə rayonuna 3,5 dəfə azalaraq 10,647 milyon manata, Xocalı rayonuna 20,8 dəfə aratarq 5,304 milyon manata, Xocavənd rayonuna 34,9 % azalaraq 112,088 milyon manata, Tərtər rayonuna sərmayə qoyuluşu isə 42,2 % artaraq 86,151 milyon manata çatıb, Ağdərə rayonuna sərmayə ayrılmayıb, Xankəndi şəhərinə isə ilk dəfə 31,5 min manat sərmayə qoyulub.