Naxçıvanda Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları üçün təlimlər keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşlarının fəaliyyətlərinin təkmilləşdirilməsi, müvafiq istiqamətlər üzrə göstərdikləri xidmətlərin keyfiyyətinin daha da artırılması məqsədilə təlimlər keçirilib.
Təşkil olunan təlimlər zamanı Əmlak Məsələləri Dövlət Xidmətinin sektor müdiri Vaqif Rzayev dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı müvafiq ilkin sәnәdlәrin hazırlanması vә tәqdim edilmәsi, sәnәdlәr toplusunu qәbul edərək ekspertizasının keçirilməsi, obyektlәrin özәllәşdirilmәsi barәdә sәrәncam layihәlәrinin hazırlanması və bu sahə ilə bağlı digər zəruri xidmətlərin aparılması qaydaları barədə əməkdaşlara məlumat verib.
Dövlət Xidmətinin əməkdaşı İbrahim İbrahimli Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sistemindən istifadə edilməsi ilə bağlı məlumat verib, sistemə məlumatların yığılması qaydaları, texniki nəzarət, texniki qüsurların aradan qaldırılması və arxiv məlumatlarının elektron bazaya köçürülməsi barədə məlumatları əməkdaşların diqqətinə çatdırıb.
Sonra mövzu ətrafında geniş müzakirə aparılıb, təlim iştirakçılarının sualları cavablandırılıb.