Naxçıvanda COP29-a həsr olunan tədbir keçirilib - FOTOLAR
Azərbaycanda keçiriləcək Birləşmiş Millətlər Təşkilatı (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən maarifləndirmə işləri davam etdirilir.
NUHÇIXAN xəbər verir ki, sentyabrın 9-da bu münasibətlə keçirilən tədbirdə muxtar respublikanın ədliyyə naziri vəzifələrini icra edən nazir müavini, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, tabeli qurumların və bələdiyyələrin vəzifəli şəxsləri və əməkdaşları iştirak ediblər.
Tədbirdə Naxçıvan şəhər icra hakimiyyəti başçısının müavini, başçının vəzifələrini icra edən Əhməd Vəliyev və muxtar respublika ədliyyə nazirinin müavini, nazir vəzifələrini icra edən Hüseyn Səfərov çıxış edərək COP-un növbəti iclasının Azərbaycanda keçirilməsinin yaşıl və təhlükəsiz gələcək üçün əhəmiyyətini vurğulayıblar.
Daha sonra Naxçıvan Televiziyasının COP-la bağlı hazırladığı videoçarx nümayiş olunub, iştirakçılara maarifləndirici broşürlər paylanıb.