Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fonduna qaytarılan güzəştli kreditlər üzrə daxilolmalar artıb
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondunun cari hesabına 2024-cü ilin yanvar-avqust ayları ərzində qaytarılan güzəştli kreditlər üzrə daxilolmaların məbləği 14,3 milyon manatdan artıq olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,8 dəfə çoxdur.
2024-cü ilin 8 ayı ərzində 10,3 milyon manat vaxtı keçmiş kredit vəsaitinin ödənilməsi təmin edilib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 21,1 dəfə çoxdur.