NUHÇIXAN xəbər verir ki, bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında quraşdırılmış yeni nəsil nəzarət-kassa aparatları (NKA) ilə qeydə alınan dövriyyə 261,6 milyon manat təşkil edib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 136,2 milyon manat və ya 2,1 dəfə çoxdur.
Bu il sentyabrın 1-nə qədər bölgədə 3 780 ədəd yeni nəsil NKA quraşdırılıb.
İndiyə qədər Naxçıvanda “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 1,8 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb.
Bu ilin 8 ayında istehlakçılara qaytarılan məbləğ ötən ilin müvafiq dövrünə nisbətən 2 dəfə artaraq 914,6 min manat olub.