Muxtar respublikada “yaşıl enerji”nin istehsalı 20 faiz artıb - VİDEO
Bu gün dünyada gedən iqlim dəyişikliyi bəşəriyyətə, gələcəyimizə böyük təhlükədir. Bunun qarşısını almaq məqsədilə dünya ölkələrinin çağırışına Azərbaycan da qoşulub, bu istiqamətdə dövlət proqramları təsdiq edilib, müvafiq fərman və sərəncamlar imzalanıb. Azərbaycanın Avropaya yaşıl enerji ixracında muxtar respublika xüsusi əhəmiyyətə malikdir. Ölkə rəhbərinin Naxçıvanı “Yaşıl enerji” zonası elan etməsi də muxtar respublikanın bu sahədə olan potensialını təsdiq edir. Son illər bu potensialdan səmərəli istifadə olunur. Nəticədə istehsalatda “yaşıl enerji”nin payı əhəmiyyətli dərəcədə artıb.
Cari ilin 8 ayı ərzində muxtar respublikada istehsal olunan elektrik enerjisinin 55 faizi yaşıl enerjinin payına düşüb. Yəni bu mühüm göstərici ötən illə müqayisədə 20 faiz artıb.
NUHÇIXAN Naxçıvan televiziyası əməkdaşlarının mövzu ilə bağlı hazırladıqları videomaterialı təqdim edir: