Azərbaycan COP29-a qədər şəffaflıq hesabatını hazırlayacaq

A- A A+

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) qədər Azərbaycan şəffaflıq hesabatını hazırlayacaq.

NUHÇIXAN xəbər verir ki, bunu COP29-un müəyyən olunmuş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Real Tv”yə müsahibəsində deyib.

O bildirib ki, COP29 çərçivəsində ölkələr şəffaflıq hesabatını təqdim edəcəklər: "Bu, iqlim layihələri ilə bağlı hesabatdır”.

M.Babayevin sözlərinə görə, bu sənədlər kifayət qədər vacibdir: “Azərbaycan çalışacaq ki, COP29-a qədər bu sənədi hazırlasın və təqdim etsin”.

Nazir onu da əlavə edib ki, COP29 çərçivəsində Azərbaycanda bir çox yaşıl layihələr təqdim olunacaq: "Bunların xeyli hissəsi Qarabağla bağlı olacaq. Digər regionlarla bağlı da layihələr var. COP29 Azərbaycanın özünü təqdim və təbliğ etməsi üçün yaxşı imkandır".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: