Rusiyanın “İrAero” aviaşirkəti Permdən Bakıya uçuşları gələn ilin mart ayının sonunadək uzadıb.
NUHÇIXAN Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə müvafiq məlumat Bolşoe Savino hava limanının uçuş qrafikində yer alıb.
“Oktyabrın sonundan 2025-ci il martın 25-dək uçuşlar həftədə bir dəfə - çərşənbə axşamı günləri həyata keçiriləcək. “Superjet” təyyarəsində uçuş vaxtı təxminən üç saat olacaq”, - məlumatda deyilir.
Biletlərin qiyməti bir tərəfə 18 min rubldan (330,8 manatdan) başlayır.