Dünya birjalarında neft bahalaşıb.
NUHÇIXAN xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,82 dollar artaraq 74,72 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,89 dollar artaraq 71,26 dollar təşkil edib.