Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadənin bu ölkənin federal neft naziri Gulam Sərvər Xan ilə görüşündə iki ölkə arasında enerji sahəsində əməkdaşlıq haqqında Sazişdən irəli gələn məsələlərin icrası, iqtisadi və ticari əlaqələrin daha da inkişafı, ticarət dövriyyəsinin daha da yüksəldilməsi istiqamətində səylərin artırılması ilə bağlı müzakirələr aparılıb.
NUHÇIXAN xəbər verir ki, görüşdə Azərbaycan-Pakistan münasibətlərinin hazırkı vəziyyətindən məmnunluq ifadə edilib, hər iki ölkənin bir-birinə göstərdiyi qarşılıqlı dəstəyinin, birgə layilərinin enerji sahəsində də həyata keçirilməsinin önəmi vurğulanıb.
Bakıda keçiriləcək ənənəvi “Xəzər Neft və Qaz” sərgi-konfransında Pakistanın neft-qaz sahəsi üzrə şirkətlərinin, məsul şəxslərinin və mütəxəssislərinin iştirakının, bu sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsinin iki ölkənin iqtisadi-ticari əlaqələrinə xüsusi töhfə verəcəyi vurğulanıb.