Bu ilin yanvar-avqust aylarında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 2 milyard 83 milyon ABŞ dolları dəyərində 4,8 milyon ton idxal-ixrac yükü daşınıb.
NUHÇIXAN Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 15,4 %, həcm baxımından 6,5 % azdır.
Hesabat dövründə dəmir yolu nəqliyyatı ilə ixrac olunan yüklərin həcmi 1,9 milyon ton (10,7 % az), dəyəri 605,2 milyon ABŞ dolları (24,2 % az), idxal olunan yüklərin həcmi isə 2,9 milyon ton (3,5 % az), dəyəri isə 1 milyard 477,8 milyon ABŞ dolları (11,2 % az) təşkil edib.