Dövlət Xidmətinin nümayəndələri Naxçıvanda seminarlar keçiriblər - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, maarifləndirici tədbirlərdə rəqabət, istehlakçı hüquqlarının qorunması və istehlak bazarına nəzarət sahələrində fəaliyyətin təşkili, o cümlədən Rəqabət Məcəlləsindən irəli gələn məsələlər ətrafında fikir mübadiləsi aparılıb, müvafiq istiqamətlərdə Dövlət Xidmətinin təcrübəsi diqqətə çatdırılıb.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndələri Naxçıvan Muxtar Respublikanın İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əməkdaşları üçün təcrübə mübadiləsi məqsədilə seminarlar keçiriblər.
Maarifləndirici tədbirin ilk günündə istehlakçı hüquqlarının müdafiə vasitələri, sözügedən sahədə mövcud qanunvericilik aktlarından irəli gələn məsələlər və digər əhəmiyyətli mövzuları əhatə edən təqdimatlar olunub.
Həmçinin Dövlət Xidməti tərəfindən istehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahələrində pozuntu hallarının preventiv şəkildə qarşısının alınması istiqamətində görülən işlər diqqətə çatdırılıb. İstehlak bazarında istehlakçı məmnunluğuna nail olunması üçün dövlət - özəl tərəfdaşlığının vacibliyi vurğulanıb, istehlakçıların hüquqlarının təmin edilməsində sahibkarların rolunun artırılmasının əhəmiyyətindən bəhs edilib.
Rəqabət Məcəlləsinin tətbiqinə həsr olunmuş növbəti seminarda Muxtar Respublikanın aidiyyəti qurum əməkdaşları ilə yanaşı təbii inhisar subyektlərinin nümayəndələri və sahibkarlar da iştirak ediblər.
Tədbir çərçivəsində rəqabəti məhdudlaşdıran sazişlər, iqtisadi təmərküzləşmələr, haqsız rəqabət və hökmran mövqedən sui-istifadə hallarının aradan qaldırılmasına dair Məcəllədə yer alan tənzimləmə mexanizmləri diqqətə çatdırılıb.
Sonda tədbir iştirakçıları ilə Məcəllənin effektiv tətbiqi üsulları istiqamətində qarşılıqlı müzakirələr baş tutub.