Energetika naziri Pərviz Şahbazov Braziliyanın mədən və energetika naziri Aleksandr Silveiranın dəvəti ilə bu ölkəyə səfər edib.
NUHÇIXAN bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, nazir və onun rəhbərlik etdiyi nümayəndə heyəti sabah Braziliyanın Foz do İquaçu şəhərində keçiriləcək Təmiz Enerji üzrə 15-ci (CEM-15) və İnnovasiyalar üzrə 9-cu (Ml9) Nazirlər iclaslarında, oktyabrın 4-də isə G20 Enerji Keçidi Nazirlərinin İclasında və Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birolun həmsədrliyi ilə keçiriləcək Enerji Keçidi üzrə 4-cü Yüksək Səviyyəli Dialoqda iştirak edəcək.
Səfər zamanı tədbirlərdə nazirin çıxışları və ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.