Bu ilin sentyabr ayında Naxçıvan Muxtar Respublikasında istehsal olunan ümumi elektrik enerjisinin 35 %-i alternativ və bərpa olunan enerji mənbələrinin payına düşüb.
Muxtar respublikanın Dövlət Energetika Xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, sentyabrda çaylarda az sululuqla əlaqədər Su Elektrik Stansiyalarında istehsal olunan elektrik enerjisinin payı azalıb.
Qeyd edək ki, ötən ay üzrə istehsal olunan ümumi elektrik enerjisinin 65 %-i İstilik Elektrik Stansiyalarında, 20 %-i Su Elektrik Stansiyalarında, 15 %-i Günəş Elektrik Stansiyalarında istehsal olunaraq elektrik şəbəkələrinə ötürülüb.
Ötən ilin 9 ayı ilə müqayisədə isə alternativ və bərpa olunan enerji mənbələrində istehsal olunan elektrik enerjisinin payı 20 %-ə yaxın artıb. Belə ki, 2023-cü ilin 9 ayında "yaşıl enerji"nin istehsal payı 35,1 % olduğu halda 2024-cü ilin müvafiq dövründə bu rəqəm 53 %-ə yüksəlib.