Cəbrayıl rayonunda təməli yeni qoyulan fabrik ildə 24 milyon damazlıq yumurta istehsal edəcək.
NUHÇIXAN xəbər verir ki, bunu "Hicaz Poultry" MMC-nin təsisçisi Səfər Sadiqov deyib.
Onun sözlərinə görə, bununla yanaşı, saatda 40 ton istehsal gücünə malik yem və illik 24 milyon yumurta tutumuna malik inkubasiya fabriki fəaliyyət göstərəcək:
"Bu layihə üzrə 150 daimi iş yeri nəzərdə tutulub. Sonrakı mərhələdə damazlıq yumurta istehsalının artırılması, broyler quşlarının yetişdirilməsi, kəsimi və emalı nəzərdə tutulub ki, bu da əlavə olaraq 400 daimi iş yerinin yaradılmasına əsas verəcək".
Xatırladaq ki, oktyabrın 3-də Prezident İlham Əliyev Cəbrayıl rayonunda “Hicaz quşçuluq” müəssisəsinin damazlıq yumurta istehsalı fabrikinin təməlini qoyub. Müəssisə 3 sahədən - damazlıq yumurta, inkubator və yem fabriklərindən ibarət olacaq.