Şəffaflaşma məqsədilə Naxçıvan Muxtar Respublikasında 2023-cü il və 2024-cü ilin hesabat dövründə yumşaq keçid tətbiq edilib, vergi nəzarəti tədbirləri minimuma endirilib.
Yalnız bu ilin aprel ayından başlayaraq preventiv xarakter daşıyan vergi nəzarəti tədbirləri həyata keçirilib ki, aprel-sentyabr ayları ərzində nəzarət tədbirlərinin sayı aktiv vergi ödəyicilərinin cəmi 1 faizini təşkil edib.
NUHÇIXAN xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov deyib.
o bildirib ki, muxtar respublikada “Əmək münasibələrinin şəffaflaşdırılması sahəsində vergi nəzarətinin gücləndirilməsi barədə Konsepsiya”nın icrası nəticəsində 1 oktyabr 2024-cü il tarixə qeyri-dövlət sektorunda aktiv əmək müqavilələrinin sayı 1 yanvar 2023-cü illə müqayisədə 3,6 dəfə və ya 8.039 vahid artaraq 11.098 təşkil edib. İlin əvvəli ilə müqayisədə həmin göstərici 1,7 dəfə və ya 4.712 vahid artıb.