Naxçıvanda qeyri-dövlət sektorunda fəaliyyət göstərən vergi ödəyicilərində əməkhaqqı fondunun məbləği 2024-cü ilin 6 ayında 40,2 milyon manat, ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz çox olub.
2024-cü ilin 9 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-dövlət sektoru üzrə məcburi dövlət sosial sığorta daxilolmaları 5,2 milyon manat və ya 37,1 faiz artıb.
NUHÇIXAN xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov deyib.
Həmçinin qeyd olunub ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üzrə Dövlət Proqramı”nda nəzərdə tutulmuş Naxçıvan şəhəri, Şərur, Ordubad və Babək rayonlarında vergi ödəyicilərinə xidmət mərkəzlərinin istifadəyə verilməsi vaxtından əvvəl tam icra edilib və vergi ödəyicilərinin istifadəsinə verilib. Həmin xidmət mərkəzlərində təşkil olunmuş yüksək səviyyəli xidmətlərin nəticəsidir ki, sahibkarlıq subyektləri tərəfindən vergi sahəsində könüllü əməletmə səviyyəsi 2024-cü ilin 2-ci rübündə 98,3 faiz olub.