Mikayıl Cabbarov: Enerji məfhumu artıq ənənəvi yanacaq mənbələrindən bərpaolunan mənbələrə keçməkdədir

A- A A+

Enerji ölkə iqtisadiyyatının ən vacib sahələrindən biri olsa da, enerji məfhumu artıq ənənəvi yanacaq mənbələrindən bərpaolunan mənbələrə keçməkdədir.

NUHÇIXAN xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən “INMerge İnnovasiya Sammiti”ndə çıxışı zamanı bildirib.

O bildirib ki, Azərbaycan neft və qaz ixracı ilə yanaşı, yaşıl elektrik enerjisinin ixracı sahəsində də layihələrin icrasına başlayıb: “Bu sahədə biz regionda bir sıra ölkələrlə əməkdaşlıq edirik. Hazırda 7 giqavat gücündə investisiya layihələrinin icrası üzrə işlər görülür”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: