Türkiyə mətbuatı: Prezident İlham Əliyev beynəlxalq ictimaiyyəti iqlim dəyişmələri ilə mübarizədə əməkdaşlığa çağırıb - FOTOLAR

A- A A+

Oktyabrın 10-da Bakıda işə başlayan Pre-COP29 tədbiri Türkiyə mətbuatında geniş işıqlandırılıb.

NUHÇIXAN xəbər verir ki, qardaş ölkənin media qurumları Prezident İlham Əliyevin tədbir iştirakçılarına müraciətinə xüsusi diqqət ayırıblar.

Azərbaycan Liderinin çıxışından iqlim dəyişmələrinin qlobal səviyyədə iqtisadi rifaha mənfi təsir göstərməsi və bunun da Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində tərəqqiyə mane olması barədə fikirlər təqdim edilib.

Azərbaycanın ətraf mühit sahəsində problemlərin aradan qaldırılması üçün cəsarətli addımlar atdığı və respublikanın prioritetlərindən birinin “təmiz ətraf mühit və yaşıl inkişaf” olduğu oxucuların diqqətinə çatdırılıb.

Eyni zamanda, Azərbaycanda bu ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyi xatırladılıb.

Prezident İlham Əliyevin iqlim dəyişmələri ilə mübarizədə ləngimənin yolverilməzliyi barədə sözləri və ekoloji sahədə konstruktiv qarşılıqlı fəaliyyətə çağırışı diqqət mərkəzində saxlanılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: