Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin yaradılmasının 104 illiyi qeyd olunub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, oktyabrın 10-da Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin yaradılmasının 104 illiyi münasibətilə tədbir keçirilib. 

Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Həsən İsmayılov Maliyyə Nazirliyinin tarixi haqqında danışıb. O bildirib ki, Naxçıvan İnqilab Komitəsinin 1920-ci il oktyabrın 10-da qəbul etdiyi qərarla yaradılan Maliyyə Şöbəsi        1924-cü ilə qədər həmin ad altında fəaliyyət göstərib. 

Daha sonra müxtəlif adlarla fəaliyyətini davam etdirən qurum Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2001-ci il mayın 1-də imzaladığı Fərmanla Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi adlandırılıb.

Nazir vurğulayıb ki, Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi muxtar respublikada maliyyə, büdcə və vergi sahəsində dövlət siyasətini hazırlayır və həyata keçirir. Eyni zamanda, dövlət və icmal büdcələrinin layihələrinin mövcud qanunvericiliyə uyğun olaraq hazırlanmasını və büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməsi üzərində dövlət maliyyə nəzarətini həyata keçirir.

Sonda Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin yaradılmasının 104 illiyi münasibətilə maliyyə işçilərini təbrik edən Həsən İsmayılov bu müddətdə fəaliyyət göstərən Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin bütün əməkdaşlarının hal-hazırda yaradılmış şəraitdən səmərəli istifadə edərək fəaliyyət istiqamətləri üzrə vəzifə öhdəliklərini bundan sonra da vicdanla icra edəcəyinin əminliyini vurğulayıb.

Tədbirdə nazir müavini Elvin Əlimərdanov da çıxış edərək Maliyyə Nazirliyinin keçdiyi yolu və kollektivin əhəmiyyətli töhfələrini qeyd edib. O, Nazirliyin əməkdaşlarını bu əlamətdar gün münasibətilə təbrik edib. Tədbir Nazirlik əməkdaşlarının təbrik nitqləri ilə başa çatıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: