Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında informasiya və rabitə xidmətlərinin ümumi dəyəri 25,85 milyon manat təşkil edib.
Bu barədə NUHÇIXAN-a Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 % çoxdur.
9 ay ərzində muxtar respublikada informasiya və rabitə xidmətlərinin 47 %-i mobil telefon rabitəsi sahəsində formalaşıb.