Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasındakı təsərrüfat subyektlərinə 257 milyon manat kredit verilib.
Bu barədə NUHÇIXAN-a Naxçıvan Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, verilmiş kreditlərin 22 milyon manatı və yaxud 8,5 %-i qısamüddətli, 235 milyon manatı və yaxud 91,5 %-i isə uzunmüddətli kreditlər olub.