Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında pərakəndə ticarət dövriyyəsinin dəyəri 908 milyon manat təşkil edib.
Bu barədə NUHÇIXAN-a Naxçıvan Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 % çoxdur.
9 ay ərzində Naxçıvanın ticarət şəbəkəsində 466,7 milyon manatlıq qida məhsulları, içkilər və tütün məmulatları, 441,3 milyon manatlıq qeyri-qida məhsulları satılıb.