Bu il sentyabrın 1-nə Naxçıvan Muxtar Respublikasında əhalinin banklarda 21,8 milyon manat əmaməti olub.
Bu barədə NUHÇIXAN-a Naxçıvan Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən il sentyabrın 1-i ilə müqayisədə 39,2 % çoxdur.
Əmanətlərin 94,6 %-i Azərbaycan manatında, 5,4 %-i isə xarici valyutada qoyulub. Son 1 ildə milli valyutada olan əmanətlərin məbləği 39,3 %, xarici valyutada qoyulan əmanətlərin məbləği isə 37 % artıb.