Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.
Dövlət Vergi Xidmətinin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, cari il oktyabrın 1-dək muxtar respublika ərazisində quraşdırılmış yeni nəsil NKA-ların sayı 3862 ədəd olub. Bu ilin yanvar-sentyabr ayları ərzində belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 294,8 milyon manat təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 145,1 milyon manat və ya 2 dəfə çoxdur.
İndiyədək Naxçıvanda “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 1,9 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb. Bu ilin yanvar-sentyabr aylarında istehlakçılara qaytarılan məbləğ ötən ilin eyni dövrünə nisbətən 1,9 dəfə artaraq 1 milyon manatdan çox olub.