Azərbaycandan xarici ölkələrə səfər edənlərin sayı 19 % artıb

A- A A+

Bu ilin yanvar-sentyabr aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 18,9 % artaraq 1 milyon 647,1 min nəfər olub.

NUHÇIXAN Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, İrana gedən ölkə vətəndaşlarının sayı 36,6 %, Rusiya Federasiyasına 15,2 %, Gürcüstana 14,3 %, Türkiyəyə 12,2 % artlb.

Azərbaycan vətəndaşlarının 42,1 %-i Türkiyəyə, 20,5 %-i Rusiyaya, 8,7 %-i Gürcüstana, 8,5 %-i İrana, 20,2 %-i digər ölkələrə səfər edib.

Gedənlərin 64 %-i kişilər, 36 %-ni qadınlar təşkil edib.

2024-cü ilin yanvar-sentyabr aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 69,8 %-i hava, 28 %-i dəmir yolu və avtomobil, 2,2 %-i isə dəniz nəqliyyatından istifadə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: