Zəngilan şəhərində 9 kilometrlik məsafədən çəkilən çirkab su kollektor xəttinin tikintisi işlərinin artıq 83 %-i tamamlanıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb.
Bildirilir ki, Zəngilan şəhərinə hər birinin tutumu 4 000 kubmetr olmaqla 2 ədəd su anbarı inşa olunmaqdadır. Hazırda dəmir-beton işləri icra olunur.
ADSEA-nın məlumatına görə, bundan əlavə hər birinin tutumu 100 kubmetr olmaqla 2 ədəd su anbarı tikiləcək. Layihəyə əsasən yağış sularının idarə olunması üçün icrası nəzərdə tutulmuş bir kilometr yağış su xətti də çəkiləcək.
"Qarşıda duran perspektiv plana uyğun 9 ədəd subartezian quyusu, 1 ədəd nasosxananın inşası nəzərdə tutulub. Eyni zamanda 2 046 metr magistral su xəttindən 1 352 metri və artezianlararası 1 837 metr su xəttindən 1 143 metri inşa olunub", - məlumatda bildirilir.