Hazırda Qarabağ və Şərqi Zəngəzurda 32 yeni elektrik enerjisi stansiyası inşa edilir.
NUHÇIXAN xəbər verir ki, bunu “Yaşıl Enerji Elektrik Stansiyası” MMC-inin səlahiyyətli nümayəndəsi Emil İbadov jurnalistlərin suallarını cavablandıran zaman bildirib.
Onun sözlərinə görə, bu elektrik stansiyaların ümumi gücü 270 meqavat təşkil edəcək.
"Qarabağ və Şərqi Zəngəzur tam olaraq "yaşıl enerji" ilə təmin etmək iqtidarındadır. Artıq qalan "yaşıl enerji" isə xaricə ixrac olunacaq", - E. İbadov deyib.
Bu stansiyalar SCADA dispetçer idarəetmə sisteminə tam inteqrasiya edilib və “Azərenerji” ASC-nin mərkəzi dispetçer idarəsi onları idarə edir.