Muxtar Babayev Kolumbiya XİN başçısı ilə biomüxtəlifliyin qorunması məsələlərini müzakirə edib

A- A A+

COP29-un müəyyən edilmiş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Kolumbiyanın xarici işlər naziri Luis Gilberto Murillo ilə görüşüb.

NUHÇIXAN xəbər verir ki, bu barədə COP29-un "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində məlumat verilib.

“COP16 çərçivəsində Muxtar Babayev və Gilberto Murillo arasında baş tutan görüşdə iqlimə davamlılığın təmin edilməsi üçün qlobal tərəfdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.

Kolumbiya COP16-nın ev sahibi kimi ölkələri “təbiətlə sülh”ə nail olmaq və planetimizin gələcəyini qorumaq üçün biomüxtəlifliyin qorunub saxlanılması ilə bağlı öz milli strategiyaları və fəaliyyət planları ətrafında birləşdirməkdə əsas rol oynayır”, – məlumatda bildirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: