Qızılın qiyməti tarixdə ilk dəfə unsiya üçün 2 800 ABŞ dolları ötüb.
Bu barədə NUHÇIXAN RBK-ya istinadən xəbər verir.
Agentliyin məlumatına görə, Bakı vaxtı ilə saat 10:39-da qiymətli metalın dekabr fyuçersi 0,69 % artaraq 1 unsiya üçün 2800,25 ABŞ dolları səviyyəsinə çatıb.
Analitiklər qızıl bazarındakı yeni rekordu ABŞ-dəkı seçkilərin nəticələri ilə bağlı qeyri-müəyyənlik, həmçinin Yaxın Şərqdə münaqişənin mümkün eskalasiyası ilə bağlı narahatlıqlarla əlaqələndirirlər. Bu amillər təhlükəsiz aktivlərə olan tələbatı artırır: investorlar qızılı geosiyasi və iqtisadi risklərdən qorunma vasitəsi kimi görürlər.
"Alfa-Kapital" İdarəedici Şirkətinin portfel meneceri Dmitri Skryabin qeyd edib ki, qızıl bazarındakı ralli, həmçinin ABŞ-nin iqtisadi perspektivləri və istehlak qiymətlərinin artması gözləntiləri ilə bağlı narahatlıqlardan da qaynaqlanır.
İlin əvvəlindən qızıl 30 %-dən çox bahalaşıb. Sentyabrda ABŞ Federal Ehtiyat Sistemi pul-kredit siyasətini yumşaltmağa başlamasından sonra onun dəyəri yeni rekordlara çatıb.