Naxçıvan Energetika Xidməti ölkə üzrə qeyri-neft sektorunda ən böyük ixracatçılar siyahısında yer alıb
NUHÇIXAN xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) 2024-cü ilin yanvar-sentyabr ayları üzrə qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ölkəyə ən çox gəlir gətirən ilk on şirkətin və qurumun adlarını açıqlayıb.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısında ilk yeri ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi təşkil edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar:
“Socar Polymer” MMC, “Azəralüminium” MMC, “AzerGold” QSC, “Azərenerji” ASC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan Hava Yolları” QSC, Naxçıvan MR Dövlət Energetika Xidməti, “Suraxanı Maşınqayırma zavodu” ASC, “Azəripək” MMC.
Qeyri-neft sektorunda dövlətə məxsus ixracda xüsusi diqqət çəkən qurumlardan biri də Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətidir.
Qeyd edək ki, Dövlət Energetika Xidməti 2024-cü ilin yanvar-sentyabr ayları ərzində 386 815 921 kVtsaat enerji istehsalı həyata keçirib.
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti enerji resurslarından səmərəli istifadə edərək, həm yerli tələbatı ödəyir, həm də Naxçıvanın iqtisadiyyatının inkişafına mühüm töhfə verir.
Gələcəkdə bu potensialın daha da artırılması və enerji istehsalının Türkiyəyə ixracı nəzərdə tutulur