Bu ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə 318 mənşə sertifikatı verib.
Bu barədə NUHÇIXAN-a Naxçıvanın İqtisadiyyat Nazirliyindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25,2 % çoxdur.
10 ay ərzində mənşə sertifikatlarının 231-i "CT-1" formalı, 82-i “Ümumi” formalı, 2-si isə A formalı olub.