Naxçıvanda verilən kreditlərin 75,9 faizi sənaye sektorunun payına düşüb

A- A A+

Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2024-cü ilin 10 ayı ərzində ayrılmış maliyyə dəstəyinin əhəmiyyətli hissəsi sənaye və kənd təsərrüfatı sahələrinə yönəlib.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən NUHÇIXAN-a verilən məlumata görə, cari ilin 10 ayı ərzində layihələrin maliyyələşdirilməsinə 2 milyon 767 min manat vəsait sərf olunub.

Verilən kreditlərin 75,9 faizi sənaye sektorunun, 16,9 faizi müxtəlif kənd təsərrüfatı sahələrinin inkişafının, 7,2 faizi xidmət sektorunu dəstəkləyən layihələrin payına düşüb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: