Naxçıvanda Sahibkarlığın İnkişafı Fonduna qaytarılan güzəştli kreditlər üzrə daxilolmalar 3 dəfə artıb
Bu ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondunun cari hesabına qaytarılan güzəştli kreditlər üzrə daxilolmalar 15,7 milyon manat təşkil edib.
NUHÇIXAN xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 dəfə çoxdur.
10 ay ərzində 10,4 milyon manat vaxtı keçmiş kredit vəsaitinin ödənilməsi təmin edilib ki, bu da 1 il əvvələ nisbətən 15,9 dəfə çoxdur.