Naxçıvanda 10 ayda kommersiya qurumlarının 83 %-i elektron qaydada qeydiyyata alınıb

A- A A+

Bu ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında kommersiya qurumlarının 83 %-i elektron qaydada, 17 %-i isə kağız daşıyıcısında müraciətlər əsasında qeydiyyata alınıb.

Bu barədə NUHÇIXAN-a Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, 10 ay ərzində Naxçıvanda 5 814 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bunun 5 568-i fiziki şəxslər, 246-sı isə hüquqi şəxslər və digər təşkilatlar olub. Qeydiyyata alınmış vergi ödəyicilərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 23,3 % artıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: