Türkiyəli nazir: "İnkişaf Yolu Dəhlizini Orta Dəhlizlə əlaqəndirmək istəyirik"

A- A A+

Türkiyə İnkişaf Yolu Dəhlizini Orta Dəhlizlə əlaqələndirməyi planlaşdırılır.

NUHÇIXAN xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu COP29 çərçivəsində keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, son zamanlar Orta Dəhlizin inkişafı istiqamətində bir sıra addımlar atılır: "Azərbaycan da bu dəhlizin mühüm iştirakçılarındandır və dəhlizin inkişafı istiqamətində sərmayələr yatıraraq mühüm işlər görür. Biz də Orta Dəhlizi dəstəkləmək üçün işlər həyata keçirir, İnkişaf Yolu Dəhlizi üzərində işlər aparırıq. Belə ki, Fars körfəzindən başlayaraq 1 200 kilometrlik yol qət edib Türkiyəyə çatan bu dəhlizi Orta Dəhlizlə birləşdirərək Avropaya çatdırmaq istəyirik".

A. Uraloğlu qeyd edib ki, Türkiyənin də iştirak etdiyi Orta Dəhlizdə elektrikli qatarların və lokomotivlərin fəaliyyəti barədə müzakirələr aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: