Qazaxıstan Azərbaycana taxıl ixracına subsidiya verməyə başlaya bilər

A- A A+

Qazaxıstan taxılın xaricə tədarükü xərclərini qismən ödəmək üçün kompensasiya tətbiq etməyi planlaşdırır.

NUHÇIXAN AZƏRTAC-a istinadla xəbər verir ki, bu qərar cari ildə rekord miqdarda taxıl yığımı şəraitində ixracın dəstəklənməsinə yönəldilib.

“Kənd Təsərrüfatı Nazirliyi taxılın prioritet bazarlara ixracı zamanı nəqliyyat xərclərinin azaldılması məsələsi üzərində işləyir”, - deyə Baş nazirin müavini Serik Jumanqarin bildirib.

Onun sözlərinə görə, taxılın Azərbaycana, Avropa İttifaqı ölkələrinə, Şimali Afrikaya (Azov, Baltik və Qara dəniz limanları vasitəsilə), İrana, Əfqanıstana (Türkmənistandan tranzitlə), eləcə də Cənub-Şərqi Asiya ölkələrinə (Çin vasitəsilə tranzitlə) daşınmasına subsidiyaların verilməsi planlaşdırılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: