Azərbaycan ilə Pakistan dostluğu poçt markalarında - FOTOLAR

A- A A+

Azərbaycan və Pakistan əlaqələrinə həsr edilən iki markadan ibarət poçt bloku dövriyyəyə buraxılıb.

“Azərmarka” MMC-dən NUHÇIXAN-a bildirilib ki, dövriyyəyə buraxılan poçt markalarının üzərində Bakıdakı Heydər məscidi və Pakistanın Lahor şəhərindəki Vəzir Xan məscidi təsvir olunub. Eyni zamanda, poçt blokunda Azərbaycan və Pakistanın dövlət bayraqları öz əksini tapıb.

Orijinal poçt blokunun ölçüsü 120x80 millimetr, markaların ölçüləri isə 40x28 millimetr təşkil edir. Poçt blokunun tirajı 5 min nüsxədir. Bundan başqa, 100 ədəd birinci gün zərfləri də satışa çıxarılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: