“E-KOB evi portalı”nın qurulması üzərində işlər artıq yekunlaşmaq üzrədir.
NUHÇIXAN xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən I Caspian İnnovation Forumda çıxışı zamanı deyib.
“KOBİA sahibkarların işini dövlət qurumları və digər sahibkarlarla əlaqələndirəcək, sahibkarlara göstərilən xidmətləri və digər funksiyaları özündə cəmləşdirəcək elektron sistem - “E-KOB evi portalı”nın yaradılması üzərində işlər artıq yekunlaşmaq üzrədir. Sahibkarlar müxtəlif dövlət qurumlarının onlara göstərdikləri G2B xidmətlərinə görə ödəniləcək dövlət rüsumu, xidmət haqları və digər ödənişləri “e-KOB evi” portalı üzərindən həyat keçirə, B2B çərçivəsində müxtəlif növ maliyyə, bank, sığorta xidmətlərindən istifadə edə biləcəklər”, - deyə O.Məmmədov əlavə edib.