Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) cari ilin 11 ayı ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) yataq bloku üzrə gəlirləri 5 milyard 725,4 milyon dollar olub.
NUHÇIXAN Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaydığı məlumata istinadla xəbər verir ki, qeyd olunan dövrdə “Şahdəniz” yatağından (qaz və kondensat) 416 milyon 174 dollar gəlir əldə olunub.
O cümlədən, “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlir 115,409 milyon dollar olub.