Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın xalis maliyyə öhdəlikləri 2 milyard 179,6 milyon ABŞ dolları azalıb.
NUHÇIXAN Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin eyni dövründə xalis maliyyə öhdəliklərində 53,6 milyon ABŞ dolları artım olub.
9 aylıq azalma Azərbaycana cəlb olunmuş birbaşa investisiyaların 4 milyard 522,6 milyon ABŞ dolları artması (illik müqayisədə 3,4 % çox), cəlb olunmuş investisiyaların repatriasiyasının 4 milyard 758,2 milyon ABŞ dolları azalması (6,9 % az), neft bonusunun 457,8 milyon ABŞ dolları artması (2,8 % az), portfel investisiyalarının 960,6 milyon ABŞ dolları azalması (38,8 % çox), digər investisiyaların isə 1 milyard 441,2 milyon ABŞ dolları azalması (1 il bundan əvvəl artım olub) hesabına baş tutub.